Batumidə yaşayış binasının çökmə anı – ANBAAN VİDEO

Bu gün Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının bir hissəsi uçub, dağıntılar altında 15-ə yaxın insanın qaldığı bildirilir.
Bir neçə dəqiqə əvvəl sosial şəbəkələrdə hadisənin baş verdiyi anın videosu yayılıb.
Video ətraf mağazalardan birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, son məlumata əsasən bu saat qədər dağıntılar altından ikisi uşaq olmaqla beş nəfər sağ tapılıb.
Digərlərinin axtarışı davam etdirilir.
***
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib ki, Batumidə dağıntılar altında qalanların sayı 10-dan çox olmamalıdır.
Nazirin sözlərinə görə, onların arasında iki-üç uşaq ola bilər.
V.Qomelaruri qeyd edib ki, xilasedicilərin meyit aşkarladığı güman edilir, lakin bununla bağlı məlumat hələ dəqiqləşdirilir.
O, axtarış-xilasetmə işlərinin bütün gecə və sabah da davam etdiriləcəyini bildirib.