Türkiyə İranla sərhəddə 20 kilometrlik divar çəkdi

 08:55 09.10.2021     511

Türkiyənin İranla sərhəddə divar tikintisi başa çatıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, divarın hörgüsü yekunlaşıb. Sərhəddə divar tikintisi İrandan miqrant axınını və qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyır. Məlumata görə, Van əyalətinin İranla sərhəd hissəsində 20 kilometrik divar çəkilib.

Daha əvvəl bildirilib ki, Ağrı və İğdır vilayətlərində beton divarın çəkilməsi işləri yekunlaşıb.