Gürcüstanda matəm elan edildi

 12:29 09.10.2021     188

Oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar imzalayıb.

Bildirilib ki, ötən gün Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olanların xatirəsi 11 oktyabrda matəmlə anılacaq.

Qeyd edək ki, Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb.