İranın ilk prezidenti vəfat etdi

 14:34 09.10.2021     319

İranın ilk prezidenti Əbülhəsən Bənisədr bu gün Parisdəki xəstəxanalardan birində 88 yaşında vəfat edib. 

Redaktor.az-ın məlumatına görə, bu barədə məlumatı “Reuters” keçmiş dövlət başçısının ailəsinə istinadla yayıb.

O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Ə.Bənisədr 1979-cu ildə islam inqilabı nəticəsində iqtidara gələn ruhanilərin dəstəyilə 1980-ci ildə İranın ilk prezidenti seçilsə də, ona qarşı çıxan radikal islamçı zümrənin təzyiqilə elə növbəti il hakimiyyətdən gedib. O, ölkəni tərk etmək məcburiyyətində qalıb.

Keçmiş prezident Fransaya köçərək həyatının qalan hissəsini Parisdə yaşayıb.

Vumart və Güvən reklamı Vumart Güvən