ABŞ Hərbi Hava Qüvvələrinin ən ölümcül texnikasının - SİYAHISI

 18:16 09.10.2021     489

ABŞ Hərbi Hava Qüvvələrinin ən ölümcül silahlarının reytinqini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə "19fortyfive" portalı məlumat yayıb.

Siyahıda tez-tez "bütün bombaların anası" adlandırılan GBU-43/B MOAB yüksək partlayıcı bombası da var.

Məqalənin müəllifi, ABŞ ordusunun keçmiş zabiti Brent Eastvud Hərbi Hava Qüvvələrinin ixtiyarında on beş bu cür bombanın olduğunu iddia edir. Onlardan hər birinin çəkisi təxminən on tondur.

Siyahıda sonra "B-2" bombardmançısı gəlir. Təyyarənin bütün komponentləri, istehsal avadanlıqları və sınaq proqramları sıfırdan hazırlanıb.

Bununla yanaşı, siyahıda "Lockheed Martin F-35 Lightning II" və "F-22 Raptor" qırıcı təyyarələri da verilib (report).