Ermənistan vətəndaşı Azərbaycanla sərhəddə minaya düşdü

 19:47 09.10.2021     555

Oktyabrın 9-da Ermənistanın Azərbaycanla sərhəd olan Tavuş bölgəsində mina partlayıb.

Redaktor.az "shamshyan.com"a istinadla xəbər verir ki, Çinari kəndi yaxınlığında mina partlaması nəticəsində Ermənistan vətəndaşı yaralanıb. Məlumata görə, xilasedicilər ona ilkin tibbi yardım göstəriblər, daha sonra hərbi xəstəxanaya aparıblar.

Yaralı şəxs Çinari kənd sakini 30 yaşlı Nver Makaryandır.

T.İSMAYIL