Angela Merkel kansler kimi İsrailə sonuncu dəfə səfər edib

 09:09 10.10.2021     112

Almaniya kansleri Angela Merkel İsrailə səfər edib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Merkeli Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanında İsrailin Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb.

Merkel səfər çərçivəsində İsrailin Baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapidlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

İsrailin hökumət üzvləri ilə bir araya gələcək Merkel onun şərəfinə verilən şam ziyafətinə qatılacaq.

Yerli media Merkelin İsrailin keçmiş Baş naziri, hazırkı ana müxalifət lideri Binyamin Netanyahu ilə görüşməyəcəyini yazıb.

Qeyd edək ki, bu, Merkelin İsrailə kansler kimi son səfəridir. Almaniyanın hökumət başçısının İsrailə səfəri hələ avqustda planlaşdırılmışdı. Lakin həmin vaxt Əfqanıstanda baş verən hadisələrə (“Taliban”ın hakimiyyətə gəlişindən sonra Orta Asiya ölkəsində vəziyyətin köklü surətdə dəyişməsi) görə təxirə salınmışdı.