Tramp: Rusiya ABŞ-ın Əfqanıstanda qoyub getdiyi silahları götürüb

 09:20 10.10.2021     271

Rusiya və Çin ABŞ-ın Əfqanıstandan götürmədiyi helikopterləri artıq söküb və onun sistemini öyrənirlər.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, artıq Rusiya və Çində ABŞ helikopterlərinın nümunələri mövcuddur:

“Onlar “Apaçı” helikopterlərini söküblər. Onun sistemini öyrənib tezliklə ən yaxşı texnikanı yığacaqlar”.

Eks-prezident bildirib ki, Amerika qoşunları Əfqanıstanı tərk edərkən köhnə helikopteri sırdana çıxarıblar: “Yeni silahlara əl vurulmayıb”.