Tokioda qatarların hərəkəti dayandırıldı - SƏBƏB

 10:06 10.10.2021     316

Elektrik təchizatında yaranan problemlə əlaqədar Tokioda bir neçə dəmir yolu xəttində qatarların hərəkəti dayanıb.


Redaktor.az  TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəmir yolunun operatoru “JR East” şirkəti ən çox qatarın hərəkət etdiyi “Yamanote” dairəvi xətti daxil olmaqla, 8 dəmir yolu xəttində qatarların hərəkətinin dayandığını açıqlayıb.
İlkin məlumata görə, Yaponiya paytaxtında elektrik təchizatında yaranan problemin səbəbi Saytama əyalətindəki yarımstansiyada baş verən yanğındır (apa).