Taliban nümayəndələri Qətərdə

 17:37 10.10.2021     297

"Taliban" hərəkatının nümayəndələri Qətərin paytaxtı Dohada əmirliyin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşüb.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bu barədə müvəqqəti hökumətdə informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid öz tviter səhifəsində bildirib.

"Tərəflər dostluq münasibətləri, Əfqanıstan ərazisindəki iqtisadi layihələr və bir sıra digər məsələləri müzakirə ediblər. Əl Tani Qətərin Əfqanıstanla əməkdaşlığa hazır olduğunu təsdiqləyib", - paylaşımda deyilir.

Dohada səfərdə olan "Taliban" nümayəndə heyəti bir sıra ölkələrin diplomatları və beynəlxalq təşkilatların üzvləri ilə, xüsusən ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin nümayəndələri ilə danışıqlar aparır.