Rusiyada saxta içkidən ölənlərin sayı daha da artdı

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən ölənlərin sayı 34 nəfərə çatıb.
Redaktor.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, ümumilikdə saxta spirtli içkidən 67 nəfər zəhərlənib. Onlardan 34-ü ölüb, 24-ü isə xəstəxanadadır. Müalicə alanlardan 7-nin vəziyyəti ağırdır, 4-ü isə süni tənəffüs aparatına qoşulub.