Türkiyənin turizm bölgəsində zəlzələ

 22:12 10.10.2021     557

Türkiyədə 4,3 bal gücündə zəlzələ olub.

Redaktor.az Türkiyə KİV-nə istinadla xəbər ki, yeraltı təkanlar Egey dənizində - Muğlanın Datça rayonu sahillərində qeydə alınıb.

8,093 kilometr dərinliyə malik olan zəlzələ Datçanın mərkəzi ilə yanaşı, Yazı, Cumalı, Yaka, Sındı və Məsudiyyə kimi məhəllələrdə də hiss edilib.

Dağıntı və tələfat yoxdur.