Suriyada Türkiyənin iki xüsusi təyinatlısı şəhid oldu

 09:00 11.10.2021     134

Türkiyə təhlükəsizlik qüvvələrinin tərkibində Suriya ərazisində “Fərat qalxanı” antiterror rayonunda post-patrul xidmət aparan əməkdaşları PKK/PYD terrorçularının hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi dairələrindən məlumat yayılıb. Bildirilir ki, Azez ilə Mare arasında post-patrul xidməti aparan Türkiyənin zirehli polis maşını terrorçular tərəfindən vurulub. Tel Rıfatdan açılan raket atəşi nəticədə iki xüsusi təyinatlı polis şəhid olub. Daha iki polis isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Türkiyə tərəfi “Fərat qalxanı” antiterror rayonunda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.