Şoyqu erməni həmkarı ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi

Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Arşak Karapetyan arasında görüş olub.
Redaktor.az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 11-i Moskvada baş tutan görüşdə nazirlər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, Ermənistan sərhədində vəziyyət və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 11-i Rusiyaya rəsmi səfər edib. Bu gün Paşinyanla Rusiya Prezidenti Vladimir Putin Qarabağa dair imzalanmış üçtərəfli bəyanatları müzakirə edəcəklər.