Rusiya Dövlət Dumasına sədr seçildi

 13:24 12.10.2021     126

Bu gün VIII çağırış Rusiya Dövlət Dumasının ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Vyaçeslav Volodin ilk plenar iclasda səkkizinci çağırış Rusiya Dövlət Dumasının sədri seçilib.

Qeyd edək ki, V. Volodin VII çağırış Rusiya Dövlət Dumasının sədri olub.

Xatırladaq ki, Rusiyada sentyabrın 19-da Dövlət Dumasına seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyası seçkilərdə hakim “Vahid Rusiya” partiyasının qalib gəldiyini açıqlayıb.