Yunanıstanda güclü zəlzələ oldu

 13:54 12.10.2021     272

Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, yeraltı təkanlar Türkiyənin qərb sahillərində də hiss olunub.

Zəlzələnin episentri 9 minə yaxın əhalisi olan Sitiya şəhərindən 14 kilometr cənub-şərqdə, 2 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir itki və ya dağıntı barədə məlumat verilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən