“Rusiyanın siyasi sistemi cəmiyyətin istəklərinə cavab verir” - Putin

 17:20 12.10.2021     133

“Yeni deputatların və “Yeni insanlar” fraksiyasının VIII çağırış Rusiya Dövlət Dumasında olması onu sübut edir ki, Rusiyanın siyasi sistemi inkişaf edir və cəmiyyətin istəklərinə cavab verir”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının yeni tərkibində təmsil olunan deputatlarla görüşündə bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, seçilən 450 deputatdan 218-i ilk dəfədir ki, Dövlət Dumasında çalışacaq: “Eyni zamanda, parlamentdə “Yeni insanlar” fraksiyası formalaşıb, onlar ilk dəfə Dövlət Dumasına seçiliblər. Bütün bunlar sübut edir ki, Rusiyanın siyasi sistemi inkişaf edir, cəmiyyətin dəyişən istəklərinə cavab verir, fəal və məqsədyönlü vətəndaşların federal səviyyədə siyasətçi olmalarına imkan verir” (apa).