Ərdoğan bu məsələdə işçi qrupunun yaratmağı təklif etdi

 19:52 12.10.2021     170

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-nin himayəsi altında Əfqanıstan üzrə işçi qrupu yaratmaq təklifi ilə çıxış edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, G20-nin videokonfrans formatında keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı bildirib.

Ərdoğan, həmçinin “Taliban” radikal hərəkatının qızlara təhsil almaq, qadınlara isə işləmək hüququ verməli olduğunu deyib.

“Beynəlxalq ictimaiyyət Əfqanıstandan üz çevirməməli, əfqan xalqını taleyin hökmünə buraxmamalıdır”, - Türkiyə Prezidenti hesab edir.