SON DƏQİQƏ: Türk kəşfiyyatı iranlı agentləri həbs etdi - VİDEO

 21:10 13.10.2021     328

 Türkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmayı planlaşdırılıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar  büdcə ayrılıb. Bu büdcə ilə agentlər türklərin iştirakı ilə dəstə qurublar. Agentlərin təlimatları ilə hərəkətə edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub. Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.

Ötən ay türk kəşfiyyatı və polisi  keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Əməliyyatın detalları isə indi açıqlanıb.