Putinin varisi kim olacaq?

 08:44 14.10.2021     133

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirakı barədə sualı cavablandırıb.

Redaktor.az-ın Rusiya mətbuatına istinadla məlumatına görə, dövlət başçısı növbəti prezident seçkilərində iştirakı imkanlarına diqqət çəkib.

“Konstitusiya mənə növbəti müddətə prezidentliyə namizəd olmağa icazə verir. Amma bu məsələdə hələ heç bir qərar qəbul edilməyib”, - deyə Prezident vurğulayıb.

Vladimir Putin xələfinin kim olacağını açıqlamayıb.

“Növbəti prezident seçkilərinə kifayət qədər çox vaxt var. Varis haqqında danışıqlar vəziyyətin sabitliyini pozur”, - Rusiya lideri deyib.

O, siyasi varisi barədə düşünmədiyini qeyd edib. "Bu barədə suallara cavab verməməyi üstün tuturam. Bu, mənim ənənəvi cavabımdır", - Putin bildirib.