Latviya Prezidenti koronavirusa yoluxdu

 11:39 14.10.2021     427

Latviya Prezidenti Eqils Levits koronavirusa yoluxub.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Eqils Levitsdən Estoniyanın yeni Prezidenti Alar Karis ilə görüşdən əvvəl koronavirus testi götürülüb. Testin nəticəsinə əsasən, ölkə Prezidentinin koronavirusa yoluxduğu aydın olub.

Bildirilir ki, bu səbəbdən də bu gün Serbiya Prezidenti ilə onun əvəzinə Latviya Seyminin (parlament) sədri İnara Murnieçe görüşəcək.

Qeyd olunur ki, Levits oktyabrın 13-ü İsveçdən geri qayıdarkən ondan ekspress test götürülüb və bu testin cavabı müsbət çıxıb. Bu gün isə o, PCR test verəcək.