Dağıstanın yeni rəhbəri seçildi

 17:10 14.10.2021     563

Sergey Melikov Rusiyanın Dağıstan Respublikasının yeni rəhbəri seçilib.

Redaktor.az xəbər verir ki, onun namizədliyini Dağıstan parlamentində 90 deputatdan 82-si dəstəkləyib.

Qeyd edək ki, o, oktyabrın 5-dən Dağıstan rəhbərinin vəzifələrini icra edirdi. S.Melikov bu vəzifədə Vladimir Vasilyevi əvəz edəcək.

V.Vasilyev isə Dağıstanın rəhbəri vəzifəsindən istefa verdikdən sonra prezident Vladimir Putininə müşavir təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən