Taliban məktəbli qızlarla bağlı vəd verdi

 17:03 16.10.2021     223

“Taliban” hərəkatı Əfqanıstanda qızlara orta məktəbdə təhsil almağa tezliklə icazə verəcəyini vəd edir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Unicef təşkilatının icraçı direktorunun müavini Omar Abdi BMT-nin Baş qərargahında açıqlayıb.