Rusiyada təyyarə qəzası - Ölənlər var

Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.
Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.
Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.
İlkin məlumatlara görə, təyyarə Pivovarixa kəndində aerodromun yaxınlığında qəzaya düşüb. FHN-in məlumatına görə isə, təyyarə qəzaya uğrayarkən yanıb. Hadisə yerinə yanğınsöndürən və xilasedici bölmələri göndərilib.
RİA Novosti isə qəza nəticəsində 2 nəfərin öldüyünü açıqlayıb.