"Türkiyə ilə danışıqlar aparılmır" - Mirzoyan

 19:29 03.11.2021     114

“Hazırda Türkiyə ilə danışıqlar prosesi yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Nouvelles d'Arménie” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hökumətin proqramında qeyd olunur ki, Ermənistan Türkiyə ilə sərhəd məsələsinin nizamlanmasına heç bir ön şərt olmadan hazırdır.

Qeyd edək ki, son vaxtlar iki ölkə arasında münasibətlərin qurulmasına dair həm Ankara, həm də İrəvandan müsbət bəyanatlar səsləndirilir.