Çaykənddə gəbərdilmiş erməni terrorçunun qızı deputat olacaq

 20:21 03.11.2021     266

Ermənistanın milli qəhrəmanı sayılan  terrorçu Tatul Krpeyanın qızı Aspram Krpeyan terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu müxalifətçi  “Hayastan” blokunun parlamentdəki  fraksiyasının deputatı olacaq. 

Redaktor.az xəbər verir ki,  bu barədə Tert.am-a müsahibəsində “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan danışıb.

“Gorus şəhərinin meri Aruş Aruşanyanın deputat mandatından imtina etdiyini nəzərə alaraq MSK növbəti namizədi qeydə alacaq. Siyahıda növbəti namizəd Ermənistanın milli qəhrəmanı Tatul Krpeyanın qızı Aspram Krpeyan olacaq” – deyə Qeqam Manukyan bildirib.

Xatırladaq ki,  Tatul Krpeyan Qarabağ müharibəsi zamanı 1990-cı ilin sentyabrından 1991-ci ilin may ayına qədər  o vaxtkı Xanlar, indiki  Göygöl rayonunun Çaykənd və Qarabulaq kəndləri ərazisindəki erməni terror-təxribat dəstələrinə ümumi komandirlik edib. Erməni təxribat qruplarına və “Daşnaktsakanner” dəstəsinə rəhbərlik edən Tatul Krpeyan 1991-ci il aprelin 30-da  Azərbaycanın “OMON”, keçmiş MTN və könüllü döyüşçülərinin sovet ordusunun dəstəyi ilə apardığı məşhur “Həlqə”  əməliyyatı zamanı Çaykənddə məhv edilib (moderator.az).