Ərdoğanın səhhəti ilə bağlı paylaşımlara görə istintaq başladı

 22:10 03.11.2021     116

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında əsassız iddialar yayan sosial şəbəkə istifadəçiləri haqqında Ankara Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Tvitter hesablarında Ərdoğanın səhhəti ilə bağlı fərziyyələr yayılmağa başlayıb. Bundan sonra Baş Təhlükəsizlik İdarəsi hərəkətə keçib və 30 nəfər haqqında istintaq başladılıb.

Bundan sonra Ərdoğan cinayət işi açılması ilə əlaqədar prokurorluğa müraciət edib.