ÜST daha bir peyvəndi qeydiyyata aldı

 21:22 03.11.2021     133

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadan kənarda istehsal edilən daha bir vaksinin istifadəsinə icazə verib.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Hindistanın “Brahat Biotech” əczaçılıq şirkətinin istehsalı olan “Covaxin” adlı preparatın tətbiqinə razılıq verilib. Effektivliyi 78% olan dərman vasitəsi yaşı 18-dən yuxarı olan bütün insanlara tətbiq edilə bilər. Hindistanlı mütəxəssislərin hazırladığı vaksin xüsusi saxlanma şəraiti tələb etmədiyi üçün kasıb ölkələrin daha çox marağına səbəb olacağı bildirilir.

Vaksin aralarında 4 həftə fasilə olmaqla 2 dozada tətbiq ediləcək.