Gürcüstan prezidenti pandemiya ilə mübarizəni sərtləşdirməyə çağırdı

 22:31 03.11.2021     131

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı hökumətə çağırış edib.

Redaktor.az xəbər verir ki, o, keçirdiyi xüsusi brifinqdə hökuməti təxirəsalınmaz və sərt tədbirlər görməyə səsləyib.

Dövlət başçısı risk qrupuna aid olan şəxslər üçün vaksinasiyanın məcburi olmasını təklif edib.

S.Zurabişvili ictimai yerlərdə “COVID-19” pasportunun tətbiqini, peyvənd vurdurmayanların ödənişli əsasda müalicə olunması təkliflərini də irəli sürüb.