Binəli Yıldırım İranın Zəngəzur dəhlizinə mövqeyindən danışdı

 09:36 04.11.2021     384

“Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam edir”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, bu məsələdə İranın müsbət, mənfi mövqe tutmasına gəlincə, Zəngəzur dəhlizindən bütün ölkələr faydalanacaq: “İran köklü bir dövlətdir. İranla sülh içində yaşayırıq, yaşamağa davam edəcəyik. Qafqaz ölkələri ilə bərabər Xəzər regionundakı dövlətlər də daxil olmaqla, bu platformanın genislənəcəyinə inanırıq”.

Vumart və Güvən reklamı Vumart Güvən