Türkiyə və ABŞ arasında İşçi Qrupu yaradılacaq - Çavuşoğlu

 12:32 04.11.2021     218

"ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komitəsinin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğan da amerikalı həmkarı Co Baydenlə görüşdə gündəmə gətirib.

“Sözügedən məsələləri əhatə edəcək İşçi Qrupu yaradacğıq. ABŞ bununla bağlı təklif irəli sürüb. Lazım olan məsələlərlə bağlı nazirliklərlə işləyirik”, - deyə Çavuşoğlu bildirib.