Rusiyada koronavirusdan rekord sayda ölüm

Rusiyada son sutka ərzində daha 40 217 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 8 673 860 nəfərə çatıb.
Məlumata görə, son sutka ərzində 1195 nəfər koronavirusdan ölüb ki, bu da pandemiya dövründə ölüm halında maksimum göstərici olub. Ümumilikdə koronavirusdan ölənlərin sayı 243 255 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.