Rusiyalı diplomat Berlində ölü tapıldı

Rusiyalı diplomat Berlindəki Rusiya səfirliyinin konsulluq şöbəsinin binası yaxınlığında ölü tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 19-u səhər saatlarında baş verib.
Səfirliyin ikinci katibi olan 35 yaşlı kişinin binanın yuxarı mərtəbəsindən yıxıldığı güman edilir. Bəzi mənbələr iddia edilən ölüm səbəbinə şübhə ilə yanaşırlar. Məlumata görə, Almaniya mediası hesab edir ki, həmin şəxs əslində diplomat olaraq təqdim edilsə də, Rusiyanın daxili kəşfiyyatının əməkdaşı olub.
Bununla belə, Almaniya təhlükəsizlik xidməti onun məxfi xidmət zabiti olduğuna əmindir.