Saakaşvili dövlət çevrilişi etməyi planlaşdırır - Gürcüstan DTX

 12:05 06.11.2021     186

Gürcüstanın eks-Prezidenti Mixail Saakaşvili həbsxanadan dövlət çevrilişi etməyi planlaşdırır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Baça Mqeladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda Saakaşviliyə dəstək məqsədilə keçirilən etiraz aksiyalarının iştirakçıları dövlət müəssisələrinin binalarını bloklamağı planlaşdırır. Mqeladze bildirib ki, dövlət çevrilişinə M. Saakaşvili rəhbərlik edir.

Qeyd edək ki, Gürcüstanda həbsxanada olan sabiq Prezident artıq 37 gündür ki, aclıq aksiyasını davam etdirir.