Qazaxıstanda şaxtada qəza, 6 nəfər öldü

 09:48 07.11.2021     398

Qazaxıstanda kömür şaxtasında ventilyasiya qurğusunda nasazlıq yaranıb.
Redaktor.az
  xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Karaqandin vilayətindəki Abay şaxtasında olub. İlkin məlumata görə, yerli vaxtla saat 09.30 radələrində ventilyasiya qurğusunda yaranan nasazlıq nəticəsində metan qazından 6 şaxtaçı ölüb, 2 nəfər xəsarət alıb.
Şaxtada hadisə vaxtı ümumilikdə 64 şaxtaçı olub.