"Brent" bahalaşdı

 09:22 08.11.2021     259

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 1,03% artaraq 1 barelə görə 83,59 dollar təşkil edib.

Redaktor.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,16% artaraq 82,21 dollar təşkil edib.