Türkiyədə zəlzələ oldu

 22:26 08.11.2021     246

Türkiyənin Konya vilayətinin Meram rayonunda 5,1 bal gücündə yeraltı təkan qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Ocağı yerin 10,61 kilometr dərinliyində olan zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.