Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya səfir təyin olunub

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan respublikanın Rusiyadakı səfiri təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” erməni mənbələrə istinadən xəbər yayıb. Ancaq bununla bağlı Ermənistan prezidentinin saytında müvafiq fərman yoxdur. Ermənistan Xarici İşlər Nazirliyi və Prezident Aparatı da məsələni şərh etməyib.
Qeyd edək ki, 64 yaşlı Arutyunyan iyulun 20-də müdafiə naziri postundan azad edilib. O, bu vəzifəyə 2020-ci il noyabrın 20-də təyin edilmişdi.
Ermənistanın Rusiyadakı hazırkı səfiri Vardan Tonoyan isə vəzifəyə 2017-ci il martın 10-da təyin edilib.