Türkiyədəki zəlzələdə 2 bina dağlıb, 1 nəfər xəsarət alıb - Nazirdən AÇIQLAMA

 23:50 08.11.2021     281

Türkiyədə zəlzələ baş verib.

Redaktor.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:43-də Konyada, Meram ərazisində 5,1 bal gücündə qeydə alınıb.

Ölkənin Səhiyyə naziri Faxrettin Koca bildirib ki, zəlzələ zamanı bir nəfər xəsarət alıb. Nazirin sözlərinə görə, təbii hadisə zamanı həmçinin yaşayışın olmadığı 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.