Yerə təhlükəli asteroid yaxınlaşır - NASA

 10:11 09.11.2021     411

Diametri 1700 ilə 380 metr arasında olan təhlukəli "2004 UE" asteroidi Yerə yaxınlaşacaq.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA obyekti potensial təhlükəli kimi təsnif edib. Bildirilib ki, asteroid noyabrın 13-də Yerə minimum məsafədə olacaq.

Agentliyin hesablamalarına görə, asteroid planetimizdən 4 milyon kilometrdən çox məsafədə uçacaq.

Məlumata görə, "2004 UE" asteroidi uçuş yolları Yerin orbiti ilə kəsişən potensial təhlükəli asteroidlər olan "Apollon" qrupuna daxildir. Asteroidin ilk müşahidəsi ən son 2004-cü ildə olub. Növbəti dəfə asteroidin Yerə yaxınlaşması 2051-ci ilə təsadüf edəcəyi bildirilib.