Türkiyədə bina çökdü - dağıntılar altında qalanlar var

 18:28 09.11.2021     389

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

Bu barədə İHA məlumat yayıb.

Dağıntılar altından 8 nəfər yaralı halda çıxarılıb. Məlumata görə, hələ də dağıntılar altında qalanlar var.

İnönü küçəsində yerləşən binanın naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.