NATO Belarusla bağlı bəyanat yaydı

 22:13 12.11.2021     271

NATO Belarusla bağlı bəyanat yayıb.

Redaktor.az xəbər verir ki, bəyanatda NATO Belarusun miqrasiya məsələsindən qonşu ölkələrə qarşı alət kimi istifadəsini pisləyib.

"Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyadan bir vasitə kimi istifadəsini qətiyyətlə pisləyir", - NATO-nun bəyanatında deyilir.

Bu cür hərəkətlərin insanların həyatını təhlükəyə atdığını bildirən bəyanatda NATO müttəfiqlərinin Polşa, Litva və Latviya ilə həmrəy olduğu vurğulanıb:

"Biz Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərində gərginliyin və təxribatların artması riskinə qarşı ayıq-sayıq olacağıq və Alyansın təhlükəsizliyinə təsirlərini izləməyə davam edəcəyik. NATO müttəfiqləri Belarusa bu hərəkətləri dayandırmağa sadiqdirlər. İnsan və əsas hüquqlara hörmətlə yanaşmağa, beynəlxalq hüquqa riayət etməyə çağırırıq”.