Hərbi karvana hücum oldu, polkovnik və ailəsi öldürüldü

 15:04 13.11.2021     199

Hindistanın şimal-şərqindəki Manipur əyalətində hərbi quru qoşunların karvanına hücum olub.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hücum nəticəsində quru qoşunlarının polkovniki, onun həyat yoldaşı və oğlu, həmçinin daha dörd hərbçi öldürülüb.

Hücumun baş verdiyi yer mühasirəyə alınıb. Ekstremistlərin axtarışı davam edir.