Paşinyanın mühafizəçisinin evinə QUMBARA ATILDI

 15:37 13.11.2021     383

Bu gecə Ermənistanın Kotayk rayonunda bir evə qumbara atılıb.

Redaktor.az “news.am”a istinadla xəbər verir ki, ev sahibinin oğullarından biri Baş nazir Nikol Paşinyanın mühafizəçilərindəndir.

Yerli mətbuatın yazdığına görə, hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.