Niderlandda idman tədbirləri azarkeşsiz keçiriləcək - SƏBƏB

Növbəti 3 həftə ərzində Niderlandda idman tədbirləri tamaşaçısız keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu qərarı ölkə rəhbərliyi verib.
Bu tədbirlər koronavirusa yoluxma hallarının artması ilə bağlıdır. Dünən ölkədə 16 min 364 yeni yoluxma faktı qeydə alınıb ki, bu, pandemiyanın ilk günündən bəri krallıqda ən yüksək göstəricidir.
Qərara əsasən, azarkeşlər ölkə çempionatı, avrokubokların oyunları və DÇ-2022-nin seçmə mərhələsində Niderland - Norveç matçına gələ bilməyəcək.