Türkiyə xüsusi təyinatlıları 2 terrorçunu məhv etdi

 20:59 13.11.2021     264

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) iki üzvünü məhv edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, YPG/PKK terrorçuları "Sülh bulağı" antiterror əməliyyatı zonasına girməyə cəhd edərkən məhv ediliblər:

""Sülh bulağı" əməliyyatı zonasında sabitliyin pozulması cəhdinin qarşısı Türkiyə hərbçiləri sayəsində alınıb".