"Saakaşvili cəzasını çəkməlidir" - Kobaxidze

"Hər şey gün kimi aydındır, Gürcüstan bir dövlətdirsə, Saakaşvili öz cəzasını çəkməlidir".
Redaktor.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyanın sədri İrakli Kobaxidze bildirib.
Kobaxidze çıxışında Saakaşvili ilə bağlı bütün suallara cavab vermək istədiyini bildirib:
"Saakaşvilinin səbəbsiz tələblərinə görə, hakimiyyət həkimlərin, pasyentlərin və hüquq mühafizə orqanı əməkdaşlarının sağlamlıqlarını şübhə altına ata bilməz. Saakaşvilinin məsələsi gündəmdə olduğuna görə, bu məsələyə detallı şəkildə yanaşmaq istəyirəm. Ən yüksək dövlət vəzifəsi daşıyan bir şəxs parlament üzvünə sərt şəkildə fiziki təzyiq göstərirsə və gəncin ölümünü öz güclərini qorumaq üçün gizlədirlərsə, bu davranışa görə o cəza çəkməlidir yoxsa yox? Bu cür iki ittiham mövcuddur və buna görə Saakaşvilini 6 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Bəli, hər şey gün kimi aydındır. Əgər Gürcüstan bir dövlətdirsə, Saakaşvili öz cəzasını çəkməlidir. Bu cinayətlərə görə haqqında məhkəmə qərarı çıxarılan bir şəxs Gürcüstan sərhəddini qanunsuz olaraq pozursa, o həbs edilməlidir yoxsa yox? Əgər Gürcüstan bir dövlətdirsə və qanunun aliliyi qorunursa, bəli, cəzasını çəkməlidir.
Məhkum heç bir əsas olmadan aclıq aksiyasına başlayırsa və azadlığa çıxmağı tələb edirsə, onun bu istəyi təmin edilməlidir yoxsa yox? Burada da cavab sadədir. Gürcüstan dövlətdirsə və qanunun aliliyi qorunursa, bəli, cəzasını çəkməlidir. Məhkum mülki xəstəxanaya aparılmağı həbsxanadan çıxmaq üçün istəyirsə və həmfikirlərinin onu xəstəxanadan çıxarmaq üçün bir imkanları ola bilərsə, dövlət bu addımı atmalıdır ya yox? Cavab sadədir. Gürcüstan bir dövlətdirsə, yox. Məhbus həbsxanadan tibbi cəhətdən daha yaxşı vəziyyətdə olan digər həbsxana xəstəxanasına aparılmaqdan imtina edirsə, hökumət onu məcburi formalardan istifadə edərək aparmalıdır yoxsa yox? Bu halda da cavab sadədir. Gürcüstan dövlətdirsə, bunu etməlidir", - deyə Kobaxidze əlavə edib.