Müdafiə nazirləri müzakirələr apardı

 21:33 15.11.2021     267

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri, təhlükəsizlik və müdafiə sahəsində regional prosesləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər.