Gürcüstan və Ukrayna NATO görüşünə çağırıldı

 23:20 15.11.2021     319

Gürcüstan və Ukrayna NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşünə dəvət olunub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Nazir bu dəvəti NATO yolunda irəliləyən adıçəkilən ölkələrdə müşahidə edilən inkişafın rəsmən tanınması kimi qiymətləndirib və alyansa inteqrasiya istiqmətində müsbət addım adlandırıb.

Qeyd edək ki, NATO və tərəfdaş ölkələrin XİN rəhbərlərinin görüşü 30 noyabr – 1 dekabr tarixlərində Riqada keçiriləcək.