Putin Makronla sərhəddəki vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, dövlət başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə ediblər.
Tərəflərin müzakirə mövzularından biri də Qarabağla bağlı olub.
“Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyəti sabitləşdirmək üçün addımlar atmağa və əldə edilmiş üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməyə davam edəcək”, - deyə Kremlin bəyanatında deyilir.